SƏMƏDOV SALEH MEHRALI OĞLU

Sədr
Səmədov Saleh Mehralı oğlu

Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxsin Baş direktorunun vəzifəsini icra edən

27 iyun 1962-ci ildə İmişli şəhərində doğulub. 1980–1982-ci illərdə həqiqi hərbi xidmətdə olub. Azərbaycan Dövlət İqtisad İnstitutunun iqtisadiyyat fakültəsini bitirib. 1998–2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1980-cı ildə İmişli rayonu yol istehsalat idarəsində fəhlə kimi başlayıb. 1987–1992-ci illərdə Azərittifaqın 4 saylı alış-satış müəssisəsinin müdiri, 1993-cü ildə Bakı Şəhər İcra Hakimiyyətində Aqrar Məhsullarının Bazar -Ticarət İdarəsinin Baş direktoru, 1995–1996-cı illərdə Bakı Şəhər Ticarət və İctimai İaşə Baş İdarəsinin rəis müavini, 1996–1998-ci illərdə Bakı Şəhər Səbail Rayonu Ticarət və İctimai İaşə İdarəsinin Baş direktoru, 1999–2000-ci illərdə Bakı Şəhər İstehlak Bazarı və Xidmət Departamentinin Nərimanov Rayon Şöbəsinin rəisi, az sonra həmin Departamentin Ekspertiza və Sertifikatlaşdırma İdarəsinin rəisi kimi fəaliyyət göstərib. 2006–2008-ci illərdə Naftalan Şəhər İcra Hakimiyyətində baş iqtisadçı, 2009–2010-cu illərdə İmişli Rayon Məşğulluq Mərkəzinin direktoru, 2010-2011-ci illərdə İmişli Rayon İcra Hakimiyyəti Başçısının sosial-iqtisadi məsələlər üzrə müavini vəzifələrində işləyib. 2013–2014-cü illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Sabirabad Ərazi Sınaq və Sertifikatlaşdırma şöbəsinin müdiri, 2014–2015-ci illərdə İmişli Ərazi Sınaq və Sertifikatlaşdırma Şöbəsinin müdiri, 2015–2017-ci illərdə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun tabeliyindəki “AzSert” Aran Regional Ərazi İdarəsinin direktoru olub. 2018-ci ildən indiyədək Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxsin Baş direktoru vəzifəsini icra edir. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP “Standart” ilk partiya təşkilatının sədridir. Ailəlidir, 4 övladı var.