/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ərizə, şikayət, təklif

Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinin, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində mühüm nailiyyətlər əldə etmişdir və hal-hazırda İnstitutun göstərdiyi xidmətlər ən yüksək beynəlxalq standartlara cavab verir. Lakin hər bir sürətlə inkişaf edən təşkilat öz işində problemlərlə üzləşir. Bu problemlərin vaxtında aşkarlanması və aradan qaldırılması gələcək inkişafın əsasıdır. İnstitutun fəaliyyətindən narazı qaldığınız məqamları və yaxud xidmətin keyfiyyətini artırmaq üçün təkliflərinizi daha detallı şəkildə nəzərimizə çatdırmaq istəsəniz, müraciətlərinin qəbulu aşağıdakı formalarda həyata keçirilir:

Şifahi müraciət

  • İnstituta birbaşa yaxınlaşmaqla (iş günləri saat 9:00-dan 18:00-dək);

  • İnstitutun qaynar xətt nömrəsinə zəng vurmaqla (+994) 12 514 96 05

Yazılı müraciət

  • Yazılı müraciəti birbaşa İnstituta təqdim etməklə;
  • Eyni zamanda seçim olaraq Siz İnstitutun poçt ünvanına (Bakı şəhəri, AZ1029,E.İsakzadə qəsəbəsi, 7-ci köndələn küçəsi) müraciət göndərə bilərsiniz.

Online müraciət

Şikayətlər göndərildikdən sonra əlavə məlumatların əldə edilməsi üçün İnstitutun əməkdaşları tərəfindən şikayətçiyə e-mail vasitəsilə müraciət edilə bilər. Müraciətə tam cavab verilməməsi şikayətin baxılması müddətini uzada bilər (əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərdə). Müraciətlərə ən geci 15 iş günü müddətində baxılır. Müraciət edənlər İnstitutun cavabı ilə razılaşmadıqda və şikayətin yenidən araşdırılması məqsədi ilə İnstituta təkrar müraciət edə bilərlər.

Qeyd:İstər yazılı, istər şifahi daxil olmuş anonim müraciətlər araşdırılmır və cavablandırılmır.

Məktub yazmaq