Haqqında
AzMİ Akademiya Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, potensial imkanlarının aşkara çıxarılması, həmin imkanlardan səmərəli istifadə edilməsi, təlim zamanı işçilərin müvafiq sahə üzrə nəzəri və praktiki biliklərinin artırılması, işçilərin təlimçi qismində təlim kurslarına cəlb olunması, eləcə də kənar təşkilatların da təlimlərdə iştirakı və müvafiq sahələr üzrə ixtisasartırma sertifikatlarının verilməsi məqsədilə təlimlərin həyata keçirilməsi ilə bağlı fəaliyyəti operativ və səmərəli şəkildə təşkil edir.
Həmçinin ölkənin ali məktəblərində metrologiya sahəsində bakalavr, magistratura və doktorantura/dissertantura pilləsində təhsil alan tələbələrin və elmi tədqiqatçıların AzMİ-nin müvafiq laboratoriyalarından istifadə etməklə elmi məqalələrin yazılmasına dəstək olur.
AzMİ Akademiya daxili təlimçilərin əməkdaşlıq etdiyimiz universitetlərdə təlimçi qismində iştirakını, həmçinin universitetlərin müəllim heyətinin İnstituta təlimçi qismində cəlb olunmasını təşkil edir.
Akademiya olaraq biz xarici ekspertlərin iştirakı ilə təlimlər təşkil edirik. Bu təlimlər təkcə AzMİ əməkdaşları üçün deyil, ölkə üzrə metrologiya sahəsində çalışan bütün mütəxəssislər üçün nəzərdə tutulub.
Akademiyada təlimlərlə yanaşı, tədbirlər, konfranslar, seminarlar, görüşlər və laboratoriyalarla tanışlıq turları da təşkil olunur.
Akademiya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, eləcə də digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.