Tez-tez verilən suallar
Ölçmə – kəmiyyətin ədədi qiymətinin müəyyən edilməsi üçün yerinə yetirilən əməliyyatların məcmusu.
Ölçü vahidi – kəmiyyət vahidi kimi qəbul edilən və onunla həmcins olan kəmiyyətlərin miqdarca ifadəsi üçün istifadə olunan, təsbit edilmiş qiymət.
Ölçmələrin vəhdəti – nəticələri tətbiqinə rəsmi icazə verilmiş kəmiyyət vahidi ilə ifadə edilən və dəqiqlik göstəriciləri hüdudlardan kənara çıxmayan ölçmələrin vəziyyəti.
Metroloji tələblər - ölçmə vasitələrinin, standart nümunələrin və kəmiyyət vahidi etalonlarının ölçmələrin nəticələrinə təsir göstərən dəqiqlik göstəricilərinə, ölçmələrin yerinə yetirilməsi şəraitinə dair tələblər.
Metroloji ekspertiza – metroloji tələblərin müəyyənləşdirilməsinin və onlara riayət olunmasının təhlili və qiymətləndirilməsi.
Metroloji nəzarət – metroloji qayda və normalara riayət olunmasının yoxlanması üzrə fəaliyyət.
Kəmiyyət vahidi etalonu – kəmiyyət vahidinin reallaşdırılması (təkrarlanması), saxlanılması və ölçmə vasitələrinə ötürülməsi üçün istifadə olunan texniki vasitə.
Dövlət kəmiyyət vahidi etalonu – dövlət mülkiyyətində olan kəmiyyət vahidi etalonu.
Dövlət ilkin kəmiyyət vahidi etalonu - kəmiyyət vahidinin reallaşdırılmasını, saxlanılmasını və ötürülməsini ən yüksək dəqiqliklə təmin edən, bu göstəricidə təsdiq olunan və Azərbaycan Respublikasının ərazisində ilkin etalon kimi qəbul edilən dövlət kəmiyyət vahidi etalonu.
Kəmiyyət vahidinin ötürülməsi – ölçmə vasitəsinin saxladığı kəmiyyət vahidinin kəmiyyət vahidi etalonunun və ya standart nümunənin reallaşdırdığı kəmiyyət vahidinə uyğunlaşdırılması.
İzlənilmə – tutuşdurulma, yoxlanılma, kalibrlənmə vasitəsi ilə kəmiyyət vahidi etalonlarının və ölçmə vasitələrinin dövlət ilkin kəmiyyət vahidi etalonu ilə sənədlə təsdiq edilmiş əlaqəsini müəyyənləşdirən xassə.
Kəmiyyət vahidi etalonlarının tutuşdurulması – eyni dəqiqlik səviyyəli kəmiyyət vahidi etalonları tərəfindən və eyni şəraitdə reallaşdırılan kəmiyyət vahidləri arasında nisbəti müəyyənləşdirən əməliyyatların məcmusu.
Ölçmə vasitəsi – ölçmənin yerinə yetirilməsi üçün istifadə olunan texniki vasitə.
Ölçmə metodikası – yerinə yetirilməsi ölçmələrin nəticələrinin dəqiqlik göstəriciləri ilə alınmasını təmin edən, konkret təsvir edilmiş əməliyyatların məcmusu.
Ölçmə metodikalarının attestasiyası – ölçmə metodikalarının ölçmələrə dair metroloji tələblərə uyğunluğunun qiymətləndirilməsi və təsdiq edilməsi.
Birbaşa ölçmə – kəmiyyətin axtarılan qiymətinin bilavasitə ölçmə vasitəsindən alındığı ölçmə.
Ölçmə vasitələrinə texniki tələblər – ölçmə vasitələrinin istismarı prosesində onların metroloji xarakteristikalarının saxlanılması, ölçmələrin nəticələrinin etibarlılığına nail olunması, icazəsiz sazlama və müdaxilənin qarşısının alınması məqsədi ilə ölçmə vasitələrinin konstruksiyasının xüsusiyyətlərini müəyyən edən, həmçinin ölçmə vasitəsinin təhlükəsizliyini və elektromaqnit uyğunluğunu təmin edən tələblər.
Ölçmə vasitələrinin yoxlanılması – ölçmə vasitələrinin metroloji tələblərə uyğunluğunun təyin və təsdiq edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusu.
Ölçmə vasitələrinin tipi – eyni kəmiyyətləri ölçmək üçün nəzərdə tutulmuş, eyni kəmiyyət vahidi ilə ifadə olunmuş, eyni iş prinsipinə əsaslanan, eyni konstruksiyaya malik olan və eyni texniki sənədlər üzrə hazırlanmış ölçmə vasitələrinin məcmusu.
Standart nümunə – sınağın nəticələrinə görə təyin edilmiş bir və daha çox kəmiyyətin qiymətləri ilə maddənin (materialın) tərkib və xassələrini xarakterizə edən maddə (material) nümunəsi.
Standart nümunələrin tipi – eyni təyinatlı, eyni texniki sənədlər əsasında və eyni maddədən (materialdan) hazırlanmış standart nümunələrin məcmusu.
Tipin təsdiqi məqsədi ilə ölçmə vasitələrinin və ya standart nümunələrin sınaqları – eyni tipli ölçmə vasitələrinin və ya standart nümunələrin metroloji və texniki xarakteristikalarının müəyyən edilməsi üzrə yerinə yetirilən işlər.
Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi – tipin təsdiqi məqsədi ilə keçirilən sınaqların nəticələri əsasında, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin metroloji və texniki tələblərə uyğunluğu barədə qərarın qəbulu.
Ölçmə vasitələrinin kalibrlənməsi – ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətlərinin təyin edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusu.
Ölçmə funksiyalı texniki sistemlər və qurğular – əsas funksiyaları ilə yanaşı, ölçmə funksiyalarını da yerinə yetirən texniki sistemlər və qurğular.
Ölçülüb qablaşdırılmış mallar – alıcının iştirakı olmadan qablaşdırılan, açılması və deformasiyası baş vermədikdə içindəkilər dəyişməz qalan, qablaşmadakı malın miqdarını xarakterizə edən kütlə, həcm, uzunluq, sahə və digər kəmiyyətləri qablaşmanın üzərində qeyd edilən mallar.