Fəaliyyət istiqamətləri
İnstitut dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edir və ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətininin həyata keçirilməsində iştirak edir.
İnstitutun fəaliyyət istiqamətləri aşağıdakılardır:
- öz səlahiyyətləri daxilində ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət tənzimlənməsinin (dövlət metroloji nəzarəti istisna olunmaqla) həyata keçirilməsi;
- dövlət büdcəsinin vəsaiti hesabına dövlət kəmiyyət vahidi etalonlarının əldə edilməsi (yaradılması), qorunub saxlanılması, tutuşdurulması və kəmiyyət vahidlərinin dövlət etalonlarından ötürülməsi;
- müqavilə əsasında ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işlərinin aparılması, yoxlama haqqında şəhadətnamələrin və kalibrlənmə haqqında sertifikatların verilməsi, habelə yoxlama nişanının vurulması;
- ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində Azərbaycan Respublikası adından beynəlxalq, regional və dövlətlərarası əməkdaşlığın həyata keçirilməsi;
- ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində elmi-texniki, tətbiqi, eksperimental fəaliyyətin həyata keçirilməsi, istiqamətləndirilmiş proqramların yaradılması və tətbiq edilməsi;
- elmi cəhətdən əsaslandırılmış və mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla texniki normativ hüquqi aktların və digər hüquqi aktların layihələrinin hazırlanması;
- istehsalın, ticarət və xidmət sahələrinin metroloji təminatında hüquqi və fiziki şəxslərə elmi-metodiki köməkliyin göstərilməsi;
- ölçmələrin vəhdətinin təmin olunması sahəsində mütəxəssislərin hazırlanması məqsədi ilə təlim və tədris tədbirlərinin təşkili;
- ölçmələrin vəhdətinin təmin olunması sahəsində elmi-praktiki konfransların, simpoziumların, seminarların, yığıncaqların və görüşlərin təşkili;