/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Metrologiya Alt Modulu (MAM)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilən xidmətlərin vahid mərkəzdən aparılması, onların əlçatanlılığı və keyfiyyətinin artırılması, şəffaflığın təmin edilməsi, ünvanlılıq və ədalət prinsiplərinin rəhbər tutulması məqsədilə vahid və mərkəzləşdirilmiş bir platforma olan e-Keyfiyyət portalı qurulmuşdur. Portalın qurulması dövlət xidməti tərəfindən təqdim edilmiş funksional tələblər sənədi əsasında həyata keçirilib.

Təsərrüfat subyektləri e-Keyfiyyət portalı vasitəsilə Azərbaycan Metrologiya İnstitutu tərəfindən təqdim olunan xidmətlərə elektron qaydada müraciət edə, o cümlədən metroloji xidmətlərlə bağlı bir sıra əməliyyatları onlayn formada həyata keçirə bilirlər.

Portala keçid etdikdən sonra E-Xidmətlər bölməsindən “Metrologiya sahəsi üzrə müraciətlərin edilməsi” bölməsi seçilir. Ölçmələrin vəhdətinin təmin olunması məqsədilə Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu tərəfindən təsərrüfat subyektlərinin müraciətləri əsasında müvafiq təsdiqedici sənədlər (şəhadətnamə, sertifikat və s.) təqdim olunur. Sözügedən sənədlərin verilməsi sifarişçilərlə AzMİ arasında bağlanan müqavilələr əsasında ödənişli yolla həyata keçirilir. Elektronlaşmanın məqsədi sifarişin edilməsi mərhələsi və müvafiq təsdiqedici sənədlərin elektron formada yaradılmasını, qeydiyyatını və məlumatların yerləşdirilərək əldə olunmasını daşıyır.

Metrologiya Alt Modulu (MAM)
Metrologiya Alt Modulu (MAM)