/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Dövlət ilkin kinematik özlülük kəmiyyət vahidi etalonu

Tutuşdurma nəticələrinə keçid

Etalonun adı

Dövlət ilkin kinematik özlülük kəmiyyət vahidi etalonu

Ölkə

Azərbaycan Respublikası

Ölçmə sahəsi

Mayelərin kinematik özlülüyünün ölçülməsi

Təsdiq edilməsi haqqında sənəd və tarixi

Sertifikat № 009/26, 23 aprel 2026-cı il

Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının reyestrindəki nömrəsi

AZ 031.DİE.009-26

Saxlanılma yeri

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin Fiziki-kimyəvi ölçmələri laboratoriyası

Cavabdeh olan şəxs

Elektron poçt

Həsənova Bahar İmdat qızı

bahar.hesenova@metrology.gov.az

Müvafiq sənədlər

  1. ISO 3104; 2023 (E) Glass capillary kinematik viscometers - specifications and operating instruction
  2. OIML R 69 Glass Capillary Viscometers for the Measurement of Kinematic viscosity.Verification method.
  3. DIN51562-1 Determination of kinematic viscosity using the Ubbelohde viscometer. Part 1: Apparatus and measurement procedur. 
  4. DIN 51562-4 Determination of kinematic viscosity using the Ubbelohde viscometer
  5. “ISO/IEC Guide 98-3:2008 to the expression of Uncertainty in Measurements (GUM 1995)
  6. 03-AzMİ09-L-004 – Kinematik özlülük vahidi dövlət ilkin etalonda ölçmələrin yerinə yetirilməsi üsulu

Azərbaycan Respublikasının Dövlət ilkin sıxlıq kəmiyyət vahidi etalonu aşağıdakı cihazlar kompleksindən ibarətdir:

1. “Master Ubbelohde” tipli, asma səviyyə göstəricili 23 ədəd şüşə kapilyar viskozimetrdən ibarət dəst (Rheotek,İngiltərə istehsalı)

2. “TV 7000” tipli maye termostat (“TAMSON”, Niderland)

3. “TP” tipli dəqiq termometr (Hersog, Almaniya)

4. ЛТ - 300 elektron termometr (Термекс, Rusiya)

5. Mod.1031 və JUNSO JS-320 tipli 2 ədəd elektron saniyəölçən

Kəmiyyət vahidinin nominal qiyməti və ya ölçmə diapazonu

(6∙10-7 ÷ 3∙10-2)  m2/s

Qeyri-müəyyənlik, k=2

(Un) ≤  0,034%

Tətbiq sahəsi

Kəmiyyət vahidinin hasil edilməsi, saxlanılması və ötürülməsi. Mayelərin kinematik özlülüyünün ölçülməsi

Təsviri

Mayenin kinematik özlülük kəmiyyət vahidinin dövlət ilkin etalonunun tərkibinə aşağıdakı ölçmə vasitələri və avadanlıqlar kompleksi daxildir:

- 23 ədəd «Master Ubbelohde» tipli, asma səviyyə göstəricili şüşə kapilyar viskozimetrlər dəsti;

- 1 ədəd «TV 7000» tipli maye termostatı;

- 2 ədəd dəqiq termometr;

- 2 ədəd dəqiq elektron saniyəölçən.

«TV 7000» tipli maye termostatının həcmi 70 litr, temperaturun sabit saxlanılma dəqiqliyi isə ±0,01 °C-dir. Dəqiq termometrlərin ən kiçik bölgü qiyməti ГОСТ 13646-nın tələblərinə uyğun olaraq 0,01 °C, ölçmə diapazonları isə (18–22) °C və (-50–300) °C təşkil edir. Mayenin etalon viskozimetrlərdə axma vaxtının ölçülməsi üçün istifadə olunan elektron saniyəölçənlərin ölçmə dəqiqliyi 0,01 s-dir.

Tutuşdurulma mövzusu: 588/RU-a/12 COOMET.M.V-S1

COOMET çərçivəsində keçirilmiş əlavə (supplementary) tutuşdurmada Azərbaycan, Belarus və Rusiyanın Milli Metrologiya İnstitutları iştirak etmişdir. Pilot laboratoriya qismində Rusiyanın D. İ. Mendeleyev adına Ümumrusiya Metrologiya Elmi-Tədqiqat İnstitutu (VNIIM) çıxış etmişdir. Tutuşdurma etalon dərəcələmə mayelərindən istifadə edilməklə aparılmışdır. Bu mayelərin metrologiya baxımından izləniləbilənliyi Almaniyanın ZMK laboratoriyası tərəfindən təmin edilmişdir. Tutuşdurma 20 °C temperaturda (20–1000) mm²/s diapazonunda həyata keçirilmişdir. Nisbi genişləndirilmiş ölçmə qeyri-müəyyənliyi 0,22 %-dən 0,30 %-dək təşkil etmişdir.

 1 CMC sətir 14.06.2018-ci il tarixində BIPM-in rəsmi veb saytında dərc edilmişdir.

https://www.bipm.org/kcdb/cmc/quick-search?includedFilters=&excludedFilters=&page=1&cmcStatus=&keywords=Azerbaijan