|
Etalonun adı |
2×106 - 70×106 Pa Dövlət ilkin izafi təzyiq kəmiyyət vahidi etalonu |
|
Ölkə |
Azərbaycan Respublikası |
|
Ölçmə sahəsi |
Təzyiq ölçmələri |
|
Təsdiq edilməsi haqqında sənəd və tarixi |
Sertifikat № 007/26, 23 aprel 2026-cı il |
|
Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının reyestrindəki nömrəsi |
AZ 031.DİE.007-26 |
|
Saxlanılma yeri |
“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin Təzyiq və sərf ölçmələri laboratoriyası |
|
Cavabdeh olan şəxs Elektron poçt |
Zaur İsbəndiyar oğlu Quliyev zaur.guliyev@metrology.gov.az |
|
Müvafiq sənədlər |
Euramet cg-17; 03-AzMİ 05L-010 |
Azərbaycan Respublikasının Dövlət ilkin izafi təzyiq kəmiyyət vahidi etalonunun tərkibi aşağıdakılardan ibarətdir:
- Yukporşenli təzyiq kalibratoru PG7302TM – 1 ədəd
- Təzyiq tənzimləyici (əl nasosu) MPG1TM – 1 ədəd
- Piston silindir PC-7300-2 – 1 ədəd
- Piston silindir PC-7300-100 – 1 ədəd
- İdarə pultu PG 7000 – 1 ədəd
- Yük dəsti MS-7002-35 – 1 dəst
|
Kəmiyyət vahidinin nominal qiyməti və ya ölçmə diapazonu |
(100 ÷ 3500) kPa (2×103 ÷ 70×103) kPa |
|
Qeyri-müəyyənlik, k=2 |
Piston silindr 860; U = (1450 ±4.9×10-5) Pa Piston silindr 963; U = (37 ±1×10-4) Pa |
|
Tətbiq sahəsi |
Dövlət ilkin izafi təzyiq kəmiyyət vahidi etalonu “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin Təzyiq Dövlət etalonları laboratoriyasında “Təzyiq kəmiyyəti vahidinin Dövlət etalonunun saxlanması və tətbiqi qaydalarına” əsasən saxlanılır və tətbiq edilir. |
|
Təsviri |
PG 7302 tipli yük porşenli təzyiq kalibratoru yük porşenli manometr prinsipi əsasında işləyir. Yaradılan təzyiq, hesablanmış qüvvənin dəqiq ölçülmüş porşenin sahəsinə təsir etməsi nəticəsində yaranan əks təzyiqlə tarazlaşdırılır. Porşenin sahəsi porşen-silindr cütünün şaquli fırlanma kəsiyinə əsasən hesablanır. Qüvvə isə porşenə təsir edən bütün yüklərin, o cümlədən yüklərin öz çəkisinin və yükqəbuledicinin kütləsinin cəmi əsasında müəyyən edilir. |