/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Türkiyənin paytaxtı İstanbul şəhərində KOOMET-in Texniki Komitəsinin iclası və keyfiyyət forumu keçiriləcək

02.07.2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Metrologiya İnstitutu”nun nümayəndə heyəti İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) 11-ci Şura toplantısında iştirak edib. Almatıda keçirilən toplantıda 35 ölkənin nümayəndələri ilə halal sənayenin inkişafında texniki və metroloji tənzimləmələr və Orta Asiya regionunda halal infrastrukturu üzrə auditorların hazırlanması barədə prioritet məsələlər müzakirə olunub.

Bildirilib ki, hazırda qlobal iqtisadiyyatın ən dinamik inkişaf edən tendensiyalardan biri kimi halal sənaye qida məhsulları ilə yanaşı əczaçılıq, kosmetik vasitələr, tekstil və digər əhəmiyyətli sahələri əhatə edir. Bu məhsulların istehsalı zamanı atılan addımlar İslam ölkələri ilə əməkdaşlığın inkişafına, beynəlxalq bazarda mövqelərin möhkəmlənməsinə və ticarət maneələrinin azalmasına imkan yaradacaq. Qeyd edək ki, bir müddət öncə İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Əsasnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilib.