/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“Avropa Azərbaycanlıları Mühəndislər İttifaqı”nın nümayəndələri ilə görüş keçirilib

12.05.2025

Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) “Avropa Azərbaycanlıları Mühəndislər İttifaqı”nın (AAMİ) nümayəndələri ilə işgüzar görüş keçirilib.

Görüşdə AAMİ-nin İdarə Heyətinin sədri, professor Yaşar Musayev, o cümlədən İdarə Heyətinin üzvü, Dövlət Neft Şirkətinin (SOCAR) Əqli mülkiyyət və layihələrin işlənməsi şöbəsinin rəisi Elbəy Babayev iştirak ediblər.

Görüş zamanı AzMİ-nin fəaliyyət istiqamətləri, ölçmə və kalibrlənmə imkanları, laboratoriya infrastrukturu və bu sahədə görülən işlər haqqında ətraflı məlumat verilib.

Daha sonra professor Yaşar Musayev bərpa olunan enerji mənbələrinin - külək və günəş enerjisinin tətbiqi, o cümlədən hidrogen texnologiyaları üzrə laboratoriyaların yaradılmasının önəmindən bəhs edib.

Görüş çərçivəsində “Layihə İdarəetməsi üzrə Peşəkar” (Project Management Professional - PMP) təlimlərin təşkili, habelə elmi-texnoloji təşəbbüslərə dəstək mexanizmləri və bu sahədə beynəlxalq təcrübədən istifadə ətrafında müzakirələr də aparılıb.

Sonda AzMİ-nin tibb, həcm, müqavimət, vaxt və tezlik, kütlə və digər laboratoriyalarına baxış keçirilib.