/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AZAL mütəxəssisləri AzMİ-nin Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyası ilə tanış olublar

03.09.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Metroloji xidmətinin mütəxəssisləri üçün infotur təşkil edilib.

İnfotur çərçivəsində Milli Etalon Vaxtı, eləcə də laboratoriyanın ölçmə və kalibrlənmə imkanları, burada istifadə olunan cihazlar və onların iş prinsipləri haqqında ətraflı məlumat təqdim olunub. Bildirilib ki, sözügedən laboratoriyada atom saatlarının kalibrlənməsi işləri aparılır. Bununla yanaşı, AZAL mütəxəssisləri ilə birgə bu istiqamətdə elmi-tədqiqat işlərinin həyata keçirilməsi imkanlarına da nəzər salınıb.

Qeyd edək ki, AzMİ-nin nəzdində fəaliyyət göstərən Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasında aviasiya, müdafiə sənayesi, telekommunikasiya və mobil rabitə kimi strateji sahələrdə istifadə olunan ölçmə vasitələrinin kalibrlənməsi və dəqiqliyinin təmin olunması xidmətləri göstərilir.