/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“Azelab” MMC-nin nümayəndələri AzMİ-nin laboratoriya infrastrukturu ilə tanış olublar

05.08.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azelab” MMC-nin nümayəndələri ilə görüş keçirilib.

Görüş çərçivəsində AzMİ-nin mayelərin kinematik özlülüyü, temperatur, kütlə, vaxt və tezlik, həcm və ionlaşdırıcı şüalanma sahələri üzrə etalon laboratoriyalarına baxış keçirilib. Bu zaman yüksək dəqiqlikli analitik cihazlarla təchiz olunan, müasir tədqiqat infrastrukturuna malik laboratoriyaların fəaliyyəti, o cümlədən ölçmə və kalibrlənmə imkanları haqqında ətraflı məlumat verilib.

Bundan əlavə, tərəflər arasında qarşılıqlı elmi əməkdaşlıq, kadr və təcrübə mübadiləsi, metodoloji biliklərin paylaşılması və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.