Azərbaycan Metrologiya İnstitutu metroloq vəzifəsi üzrə işə qəbul elan edir
31.10.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) regional bölmələrdə (Sumqayıt və Lənkəran) metroloq vəzifəsi üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Tələb olunan dəqiqliyə əsasən laboratoriyada mövcud olan sahələr üzrə ölçmələr aparmaq;
- Laboratoriyada qəbul edilmiş standartlara əsaslanaraq ölçmə vasitələrinin müqayisəli yoxlanılmasından alınmış nəticələri müvafiq sertifikatlara, şəhadətnamələrə, bildirişlərə və protokollara daxil etmək;
- Ölçmə vasitələri barədə məlumatları blank reyestrinə daxil etmək;
- Mövcud avadanlığın texniki xidməti qrafikini tərtib etmək və ona riayət etmək;
- Ölçmə vasitələrinin yoxlanılması məqsədilə müraciət edən müəssisələrə səfər etmək;
- Ölçmə vasitələrinin yoxlanılması prosesində cihaza xarici baxışın keçirilməsində iştirak etmək.
Təhsil və ixtisas tələbləri:
- Fizika ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi;
Dil bilikləri: Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və rus dili bilikləri arzuolunandır);
Digər bacarıqlar:
- Microsoft Office proqramlarını bilmək;
- Müvafiq sahə ilə bağlı qanunlar, qaydalar və standartlar haqqında biliklər;
- Analitik təhlil və problem həll etmə bacarığı;
Tələblərə cavab verən namizədlərdən elektron məktubun mövzu hissəsində “Metroloq” qeyd etməklə CV-lərini hr@metrology.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 3 dekabr 2025
Göstərilən platformalarda paylaş: