Azərbaycan Metrologiya İnstitutuna idarəetmə üzrə uyğunluq sertifikatları təqdim olunub
22.08.2024İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) faəliyyətinin təkmilləşdirilməsi və idarəetmə prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərini davam etdirir.
Belə ki, AzMİ-yə AZS ISO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər”, AZS ISO 45001:2021 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik” və AZS ISO 14001:2021 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” üzrə uyğunluq sertifikatları təqdim olunub.
Sözügedən sertifikatlar Azərbaycan Standartlaşdırma İnstitutunun İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı tərəfindən həyata keçirilən audit və təlimlər nəticəsində verilib.
Qeyd edək ki, AZS ISO 9001:2020, AZS ISO 45001:2021 və AZS ISO 14001:2021 beynəlxalq standartları ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi və sınaq işlərinin aparılması xidmətlərində tətbiq olunacaq.
Görülən tədbirlər İnstitut tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, istifadə olunan resursların optimallaşdırılması, səmərəliliyin və vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyır.
Göstərilən platformalarda paylaş: