Azərbaycan Metrologiya İnstitutunda Beynəlxalq Qanunverici Metrologiya Təşkilatının nümayəndələri ilə görüş keçirilib
23.11.2024Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Beynəlxalq Qanunverici Metrologiya Təşkilatının (OIML) Beynəlxalq Qanunverici Metrologiya Bürosunun (BIML) direktoru Entoni Donellan və direktor köməkçisi İan Danmill ilə görüş keçirilib. Həmçinin görüşdə Dövlət Xidmətinin nümayəndələri də iştirak ediblər.
Görüş zamanı ölkəmizdə qanunverici metrologiyanın inkişafı, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsindəki qanunvericilik bazasının OIML-in tələblərinə uyğunlaşdırılması, mövcud metodiki təlimatların təkmilləşdirilməsi, o cümlədən AzMİ-nin OIML-ə tamhüquqlu üzvlük məsələsi müzakirə edilib.
OIML nümayəndələri daha sonra İnstitutun yeni istifadəyə verilən tibb, həcm, müqavimət, vaxt və tezlik, paylanma parametrləri və radiotezlik gücünün ölçmələri üzrə etalon laboratoriyalarına baxış keçiriblər. Müasir avadanlıqlarla təchiz olunan laboratoriyaların iş prinsipi və buradakı avadanlıqlar haqqında qonaqlara ətraflı məlumat verilib.
Göstərilən platformalarda paylaş: