Azərbaycan Metrologiya İnstitutunda “Carl Zeiss” şirkətinin nümayəndələri ilə görüş keçirilib
13.07.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Almaniyanın “Carl Zeiss” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı AzMİ-nin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, laboratoriya infrastrukturu və gələcək inkişaf planları barədə ətraflı məlumat verilib.
Daha sonra “Carl Zeiss” şirkətinin nümayəndələri tərəfindən şirkətin optik və mikroskopiya həlləri, eləcə də sənaye metrologiyası və yüksək dəqiqlikli ölçmə texnologiyaları sahəsində təqdim etdiyi məhsul və xidmətlər haqqında məlumat diqqətə çatdırılıb.
Görüş çərçivəsində həmçinin AzMİ-də qurulmaqda olan kimya laboratoriyalarının texniki təchizatı, istifadə olunacaq avadanlıqlar və müasir texnoloji həllərlə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Göstərilən platformalarda paylaş: