Azərbaycan Metrologiya İnstitutunda Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə görüş keçirilib
08.07.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı İnstitutun fəaliyyət istiqamətləri, mövcud laboratoriya infrastrukturu, habelə yeni yaradılacaq laboratoriyalar barədə ətraflı məlumat təqdim edilib. Daha sonra tərəflər arasında ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi, o cümlədən birgə subpodrat layihələrin işlənilməsi məsələləri müzakirə edilib.
Bundan əlavə, görüşdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində mövcud olan ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi üçün AzMİ ilə əməkdaşlıq mexanizmləri nəzərdən keçirilib.
Qeyd edək ki, bu görüş tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi və metrologiya sahəsi üzrə dəstəyin daha da gücləndirilməsi məqsədini daşıyır.
Göstərilən platformalarda paylaş: