/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Metrologiya İnstitutunda SOCAR nümayəndələri ilə görüş keçirilib

14.04.2025

Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Dövlət Neft Şirkətinin (SOCAR) Keyfiyyətin idarəedilməsi sisteminin təşkili departamenti, o cümlədən “SOCAR Downstream Management” MMC-nin (SDM) əməkdaşları ilə görüş keçirilib.

Tədbir zamanı AzMİ-nin fəaliyyət istiqamətləri, xidmət sahələri, etalon mərkəzinin kalibrlənmə və ölçmə imkanları, mövcud laboratoriyalar, eləcə də yeni yaradılan etalon laboratoriyaları haqqında ətraflı məlumat verilib. Eyni zamanda, institutun beynəlxalq əməkdaşlıq fəaliyyəti və tətbiq olunan metroloji tələblər iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra SDM-in Laboratoriya direktoru Volkan Şenol sözügedən təşkilatın nəzdində fəaliyyət göstərən sınaq laboratoriyalarının təkmilləşdirilməsi və beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Görüş çərçivəsində SOCAR-ın istismarında olan ölçmə vasitələrinin metroloji izlənilməsinin təmin olunması məqsədilə AzMİ tərəfindən təqdim olunan kalibrləmmə, yoxlanılma və sınaq xidmətlərinin təşkili məsələləri müzakirə olunub. Tərəflər arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AzMİ-nin laboratoriyaları yüksək dəqiqlikdə kalibrlənmə və yoxlanılma işlərinin aparılması, eləcə də elmi-tədqiqat layihələrinin həyata keçirilməsi üçün müasir standartlara cavab verən infrastruktura malikdir.