/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Metrologiya İnstitutunun əməkdaşları “Azelab” MMC-də görüş keçiriblər

02.09.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndələri ilə “Azelab” MMC-nin əməkdaşları arasında görüş keçirilib.

Görüş zamanı gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran sahələrdə birgə layihələrin reallaşdırılması perspektivləri, eləcə də “Azelab” MMC-yə məxsus ölçmə vasitələrinin və laboratoriyalarda istifadə olunan cihazların AzMİ tərəfindən yoxlanılması və kalibrlənməsi məsələləri müzakirə edilib.

Bundan əlavə, AzMİ əməkdaşları “Azelab” MMC-də ətraf mühit komponentlərinin keyfiyyətinin təhlil edildiyi laboratoriyalar, eləcə də analiz metodları ilə tanış olub, müəssisənin fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat əldə ediblər.