Azərbaycan Metrologiya İnstitutunun kalibrlənmə laboratoriyalarının akkreditasiya sahəsi genişləndirilib
30.06.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən laboratoriyaların yoxlanılma və kalibrlənmə imkanlarının genişləndirilməsi istiqamətində mütəmadi tədbirlər icra olunur.
Belə ki, AzMİ tərəfindən laboratoriyaların akkreditasiya sahəsinin genişləndirilməsi məqsədilə Azərbaycan Akkreditasiya Mərkəzinə (AzAK) edilən müraciət müsbət qiymətləndirilib.
Nəticədə İnstitutun kütlə laboratoriyasının kalibrlənmə üzrə ölçmə imkanları genişləndirilib və ölçmə diapazonuna M1, M2 və M3 dəqiqlik sinifli 500 kq, 1000 kq və 2000 kq-lıq çəki daşlarının kalibrlənməsi daxil edilib.
Bu proses Azərbaycan Metrologiya İnstitutunun kalibrlənmə sahəsində göstərdiyi xidmətlərin keyfiyyət və əhatə dairəsinin artmasına, eləcə də etibarlı və dəqiq ölçmələrin aparılmasına mühüm töhfə verəcəkdir.
Göstərilən platformalarda paylaş: