/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi beynəlxalq tədbirlərdə iştirak edib

07.10.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktorunun müavini Azər Qurbanov Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM) və Özbəkistan Milli Metrologiya İnstitutu (UzNIM) tərəfindən Daşkənd şəhərində təşkil olunan Regional Metrologiya Təşkilatlarının və BIPM-in Birgə Komitəsinin (JCRB) 49-cu iclasında, həmçinin “CIPM MRA-nın çağırışları və imkanları” mövzusunda keçirilən dəyirmi masada iştirak edib.

İclasda BIPM-in, Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin (CIPM), JCRB-nin və regional metrologiya təşkilatlarının, o cümlədən 20 ölkəni əhatə edən (Argentina, Azərbaycan, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya, Çin, Fransa, Meksika, Norveç, Özbəkistan, Panama, Rusiya, Səudiyyə Ərəbistanı, Tailand, Türkiyə, Yaponiya, Yeni Zelandiya) metrologiya qurumlarının nümayəndələri iştirak ediblər.

Toplantı çərçivəsində BIPM-in əsas tutuşdurmalara dair məlumat bazasında (KCDB) dərc olunan kalibrlənmə və ölçmə imkanlarının (CMC) statistik göstəriciləri, keyfiyyəti idarəetmə sistemləri üzrə fəaliyyətlər, rəqəmsallaşma sahəsində yeniliklər, təcrübə mübadiləsi proqramları və digər aktual məsələləri əhatə edən təqdimatlar, eləcə də illik hesabatlara nəzər salınıb.

“CIPM MRA-nın çağırışları və imkanları” mövzusunda keçirilən dəyirmi masa görüşündə ölçmələrin vəhdətinin təmin edilməsinin əhəmiyyəti, “Milli etalonların və Milli Metrologiya Müsəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişin (CIPM MRA) qlobal etibarlılığı, KCDB məlumat bazasının funksiyaları, o cümlədən müxtəlif ölkələrin milli metrologiya qurumlarının təcrübələri müzakirə olunub.

Dəyirmi masada AzMİ-nin baş direktorunun müavini, COOMET-in vitse-prezidenti A.Qurbanov Azərbaycan Metrologiya İnstitutunun BIPM ilə əməkdaşlığı çərçivəsində görülən işlər, həmçinin CIPM MRA-ya qoşulma prosesi haqqında danışıb. O, AzMİ-nin beynəlxalq tutuşdurmalarda iştirakı, KCDB-də dərc edilmiş CMC-ləri (Calibration and Measurement Capabilities), milli etalon bazasının genişləndirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Səfər çərçivəsində Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu (KazStandart), Özbəkistan Milli Metrologiya İnstitutu (UzNIM) və Çexiya Metrologiya İnstitutu (CMI) ilə ikitərəfli görüşlər keçirilib. Görüşlərdə birgə elmi-tədqiqat layihələri, metroloji izlənilmə, etalonların tutuşdurulması, standart nümunələrin hazırlanması və mütəxəssislərin təcrübə mübadiləsi proqramlarında iştirakı kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Qeyd: Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM) 1875-ci ildə Metrik Konvensiyasının imzalanması nəticəsində yaradılmış beynəlxalq hökumətlərarası təşkilatdır. BIPM-in əsas məqsədi ölçmələrin qlobal səviyyədə vahidliyini və yüksək dəqiqliyini təmin etmək, beynəlxalq vahidlər sisteminin (SI) saxlanılması və inkişafını həyata keçirmək, eləcə də ölçmələr sahəsində elmi və texniki əməkdaşlığın inkişafına şərait yaratmaqdır. Azərbaycan Respublikası 1 yanvar 2015-ci il tarixindən Çəkilər və Ölçülər üzrə Baş Konfransın (CGPM) assosiativ üzvüdür. Sözügedən təşkilatda ölkəmizi Azərbaycan Metrologiya İnstitutu təmsil edir. 28 yanvar 2015-ci ildə AzMİ tərəfindən “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Saziş (CIPM MRA) imzalanıb.