Azərbaycan və Özbəkistan metrologiya institutları arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17.09.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Özbəkistan Milli Metrologiya İnstitutunun (UzNIM) direktoru Lazizbek Saidoripov ilə görüş keçirilib.
Görüş zamanı tərəflər metrologiya sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə elmi-tədqiqat işləri və elmi-texniki layihələrin həyata keçirilməsi, metroloji izlənilmənin təmin olunması, etalonların tutuşdurulması, standart nümunələrin hazırlanması və qarşılıqlı təcrübə mübadiləsi ətrafında müzakirələr aparıblar.
Bundan əlavə, 2024-2025-ci illər üçün Azərbaycan və Özbəkistan milli metrologiya qurumları arasında əməkdaşlığa dair yeni Yol Xəritəsində nəzərdə tutulan əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib. Həmçinin milli etalon bazasının təkmilləşdirilməsi, metrologiya sahəsində aparılan islahatlar, beynəlxalq və regional təşkilatlarda təmsilçilik barədə fikir mübadiləsi aparılıb.
Göstərilən platformalarda paylaş: