/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC ilə əməkdaşlığa dair müzakirələr aparılıb

03.03.2025

Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı AzMİ-nin fəaliyyət istiqamətləri, xidmət sahələri və laboratoriya imkanlarını əhatə edən təqdimat nümayiş olunub. Təqdimat çərçivəsində, həmçinin metroloji infrastrukturun yenilənməsi və müvafiq sahədə beynəlxalq əməkdaşlıq layihələri barədə məlumat verilib.

Daha sonra “Azəristiliktəchizat” ASC-nin istismarında olan ölçmə vasitələrinin (sayğacların) yoxlanılması və kalibrlənməsi, həmçinin sözügedən qurumun əməkdaşları üçün nəzəri-praktiki təlimlərin keçirilməsi məsələləri müzakirə edilib.

Bundan əlavə, göstərilən xidmətlərin rəqəmsallaşdırılması, işçi heyətin istehsalat təcrübəsinin artırılması və digər müvafiq sahələr üzrə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.