/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“Azərkosmos”un əməkdaşları AzMİ-nin laboratoriya infrastrukturu ilə tanış olublar

09.10.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) əməkdaşları ilə görüş keçirilib.

Görüş zamanı AzMİ-nin laboratoriya infrastrukturu, burada göstərilən metroloji xidmətlər, həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıqlar və gələcək perspektivlər barədə ətraflı məlumat verilib.

Həmçinin peyk əməliyyatları, müşahidələr və tədqiqatlarda istifadə olunan avadanlıqların səmərəli və etibarlı işləməsinin təmin olunması, bu proseslərdə vaxt, tezlik, radiotezlik gücü və digər kəmiyyətlərin dəqiq ölçülməsinin əhəmiyyəti, eləcə də qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Daha sonra “Azərkosmos”un əməkdaşları AzMİ-nin vaxt və tezlik, radiotezlik gücü və paylanma parametrləri, eləcə də elektromaqnit çirklənməsi ölçmələri laboratoriyalarına baxış keçiriblər. Onlara laboratoriyaların yoxlanılma və kalibrlənmə imkanları və burada istifadə olunan cihazlar barədə məlumat təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Metrologiya İnstitutunun sözügedən laboratoriyalarında aviasiya, müdafiə sənayesi, telekommunikasiya və mobil rabitə sistemlərində istifadə olunan ölçmə vasitələrinin tezlik, vaxt intervalı, siqnal gücü, paylanma parametrləri (S-parametrləri), eləcə də elektromaqnit çirklənməsi göstəricilərinin dəqiq ölçmələri aparılır.