/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

"AzMİ Akademiya" çərçivəsində beynəlxalq mütəxəssis tərəfindən növbəti təlim keçirilib

30.06.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Daşkənd Dövlət Texniki Universitetinin professoru Paraxat Mayliyevna Matyakubova tərəfindən təlim keçirilib. “AzMİ Akademiya” çərçivəsində təşkil olunan təlim “Müəssisələrdə metroloji təminatın təşkili və rolu” və “Beynəlxalq standartlara uyğunluğun monitorinqi” mövzularını əhatə edib.

Təlimdə AzMİ əməkdaşları ilə yanaşı, dövlət qurumları və özəl təşkilatların nümayəndələri də daxil olmaqla, metrologiya sahəsində fəaliyyət göstərən 100-ə yaxın mütəxəssis iştirak edib.

Təlim zamanı metroloji təminatın mahiyyəti, tərkib hissələri, müəssisələrdə metroloji xidmətin təşkili, yoxlanılma, kalibrlənmə və attestasiya prosesləri, ölçmələrin izlənəbilənliyi, metroloji təminatın iqtisadi əhəmiyyəti və rəqəmsal transformasiya barədə ətraflı məlumat verilib.

Bundan əlavə, metrologiyanın müasir dünyada rolu, Beynəlxalq Vahidlər Sistemində (SI) aparılmış yeniliklər, sənaye, tibb və biologiya sahələrində dəqiq ölçmələrin əhəmiyyəti, kvant metrologiyası və süni intellektin tətbiqi, eləcə də kadr hazırlığı sahəsində mövcud çağırışlar iştirakçıların diqqətinə çatdırılıb.

Təlim çərçivəsində həmçinin beynəlxalq standartların əhəmiyyəti, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Beynəlxalq Elektrotexnika Komissiyası (IEC), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Beynəlxalq Qanunverici Metrologiya Təşkilatı (OIML), Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM) kimi beynəlxalq təşkilatların fəaliyyəti, geniş tətbiq olunan idarəetmə standartları, uyğunluğun monitorinqi prosesinin mərhələləri, sertifikasiya auditləri, uyğunsuzluqların idarə olunması və digər məsələlər barədə məlumat təqdim olunub.