/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşları COOMET-in “Standart nümunələr” Texniki Komitəsinin iclasında iştirak ediblər

26.10.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşları Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) “Standart nümunələr” Texniki Komitəsinin 31-ci iclasında iştirak ediblər.

İclasda standart nümunələrinin hazırlanması və qeydiyyatı, texniki ekspertlərin fəaliyyəti, birgə layihələr, “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişin (CIPM MRA) C Əlavəsinə daxil edilmiş standart nümunələrin qeydiyyatı, eləcə də COOMET nəşrlərinin yenidən işlənməsi məsələləri müzakirə olunub.

Bundan əlavə, AzMİ əməkdaşları tərəfindən hazırlanma mərhələsində olan standart nümunələr və bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verilib.

Həmçinin iclas çərçivəsində Texniki Komitənin üzvlərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı fəaliyyətləri və gələcək təlim imkanları nəzərdən keçirilib.

AzMİ əməkdaşları COOMET-in “Standart nümunələr” Texniki Komitəsinin iclasında iştirak ediblər
AzMİ əməkdaşları COOMET-in “Standart nümunələr” Texniki Komitəsinin iclasında iştirak ediblər