“AzMİ Akademiya” layihəsi çərçivəsində növbəti təlim baş tutub
04.06.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) növbəti təlim təşkil olunub.
“AzMİ Akademiya” layihəsi çərçivəsində keçirilən təlim “Metrologiyanın inkişafı və gələcəyin texnologiyaları” mövzusuna həsr olunub.
Təlimdə introdinamika, elektroqravitasiya radiorabitəsi, qravitron, maddənin nüvə parçalanması üçün reaktor, elektrodinamik batareya və s. haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, “AzMİ Akademiya” layihəsi çərçivəsində metrologiya sahəsində çalışan mütəxəssislər və bu istiqamətdə təhsil alan tələbələr üçün yerli və xarici ekspertlərin iştirakı ilə təlimlər davam etdiriləcək.
Göstərilən platformalarda paylaş: