“AzMİ Akademiya” layihəsi çərçivəsində növbəti təlim keçirilib
19.05.2025“AzMİ Akademiya” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri və Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşları üçün növbəti təlim təşkil olunub. Təlim sözügedən universitetin professoru Vaqif Həsənov tərəfindən “Scopus bazasında məqalələrin dərc edilməsi” mövzusunda keçirilib.
Təlim zamanı elmi məqalələrin beynəlxalq bazalarda, xüsusilə də “Scopus” indeksli jurnallarda dərc olunma prosesi, tələblər və uğurlu nəşr strategiyaları barədə ətraflı məlumat verilib.
İştirakçılar elmi tədqiqat işlərinin hazırlanması, məqalənin strukturu, yazılması, tərtibatı və təqdimatı, eləcə də uyğun jurnalın seçilməsi barədə məlumatlandırılıb.
Qeyd edək ki, “Scopus” dünyada elmi məqalələrlə bağlı ən iri məlumat bazalarından biridir və burada nəşr olunan məqalələr beynəlxalq elmi fəaliyyətlərin qiymətləndirilməsində mühüm rol oynayır.
Göstərilən platformalarda paylaş: