/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“AzMİ Akademiya” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub

08.05.2025

Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) “AzMİ Akademiya” layihəsi çərçivəsində “ISO 9001:2015 (AZS ISO 9001:2020) Keyfiyyəti İdarəetmə Sistemləri. Tələblər” mövzusunda təlim keçirilib.

Təlimdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri, AzMİ əməkdaşları, o cümlədən dövlət və özəl qurumların əməkdaşları iştirak ediblər.

Təlim çərçivəsində keyfiyyət menecmenti, ISO 9000 əsasında keyfiyyətin idarə edilməsi və sözügedən idarəetmə sistemində tələblərə dair məlumat verilib. Həmçinin ölçmə, təhlil və təkmilləşdirmə üzrə effektiv üsullar ətraflı izah edilib.

Sonda təlim iştirakçılarının mövzuyla bağlı sualları cavablandırılıb, əldə olunan nəzəri və praktiki biliklər möhkəmləndirilib.