/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ-də beynəlxalq mütəxəssis tərəfindən təlim keçirilib

10.12.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Bosniya və Herseqovina Metrologiya İnstitutunun (IMBIH) direktorunun elmi metrologiya üzrə köməkçisi, professor Zijad Džemić tərəfindən təlim təşkil olunub.

“AzMİ Akademiya” çərçivəsində keçirilən təlimdə dövlət qurumları, özəl təşkilatlar və təhsil müəssisələrinin nümayəndələri də daxil olmaqla, metrologiya sahəsində fəaliyyət göstərən 100-dən çox mütəxəssis iştirak edib.

Sözügedən təlimin məqsədi ölkədə metroloji təminat sahəsində fəaliyyət göstərən mütəxəssislərin keyfiyyətin idarəedilməsi istiqamətində bilik və bacarıqlarının artırılması, həmçinin müvafiq sahə ilə bağlı beynəlxalq təcrübənin təhlilindən ibarətdir.

Təlim “Qlobal keyfiyyət infrastrukturu”, “Ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi”, “ISO/IEC 17020: Uyğunluğun qiymətləndirilməsi. İnspeksiya həyata keçirən müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər” və “ISO/IEC 17025: Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər standartları” mövzularını əhatə edib.

Çoxsessiyalı təlim çərçivəsində iştirakçılara keyfiyyət infrastrukturunun əhəmiyyəti, kalibrlənmə, yoxlanılma, sınaq və inspeksiya fəaliyyəti arasındakı fərqlər, o cümlədən sözügedən standartların müqayisəsi barədə ətraflı məlumat verilib.

Təlim sual-cavab sessiyası ilə davam etdirilib, sonda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.