AzMİ-də “Bilginoğlu Endüstri” şirkətinin nümayəndələri ilə görüş keçirilib
05.06.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Türkiyə Respublikasının “Bilginoğlu Endüstri” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı AzMİ-də laboratoriya infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlər, mövcud laboratoriyaların texniki imkanları, eləcə də yaradılması nəzərdə tutulan yeni laboratoriyalar barədə ətraflı məlumat verilib.
Daha sonra “Bilginoğlu Endüstri” şirkətinin məhsul portfelində yer alan ölçmə və sınaq avadanlıqlarının texniki xüsusiyyətləri, tətbiq sahələri və metroloji imkanları barədə məlumat təqdim edilib. Həmçinin həmin avadanlıqların istifadə qaydaları, texniki xidmət məsələləri və müvafiq istiqamətlər üzrə təlimlərin təşkili imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Göstərilən platformalarda paylaş: