/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ-də elektromaqnit çirklənmə ölçmələri üzrə təlim keçirilib

03.06.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) “Elektromaqnit çirklənmə ölçmələri və AzMİ-nin yeni ölçmə imkanları” mövzusunda təlim təşkil olunub.

Təlim Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) Elektromaqnit Laboratoriyasının mütəxəssisi Çağlar Aslan tərəfindən keçirilib.

AzMİ əməkdaşları ilə yanaşı, metrologiya sahəsində fəaliyyət göstərən mütəxəssislərin də qatıldığı təlimdə elektromaqnit spektri, dalğası, çirklənmə və məruzqalma ölçmələri, standartlar, limitlər, eləcə də sözügedən sahə üzrə İnstitutun yeni ölçmə imkanları barədə ətraflı məlumat verilib.

Məlumat üçün bildirək ki, elektromaqnit sahələrin ölçülərək xəritələndirilməsi, bu sahədə beynəlxalq standartlara əsaslanan mexanizmlərin yaradılması, həmçinin sözügedən sahənin normativ-hüquqi aktlarla dəstəklənməsi elektromaqnit çirklənmə üzrə nəzarətin gücləndirilməsi, eləcə də profilaktik tədbirlərin effektivliyi baxımından faydalı olacaq.