AzMİ-də əməyin mühafizəsi və təhlükəsizlik qaydaları ilə bağlı təlim keçirilib
04.06.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşları üçün “Əməyin mühafizəsi, təhlükəsizlik norma və qaydaları” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlim zamanı iştirakçılara əmək qanunvericiliyinin əsasları, ofis mühitində əməyin təhlükəsizliyinin təmin olunması, yanğın təhlükəsizliyi, fövqəladə hallarda idarəetmə və davranış qaydaları, zərərçəkmişə ilkin yardımın göstərilməsi, həmçinin laboratoriyalarda əməyin mühafizəsi və təhlükəsizlik metodları barədə ətraflı məlumat verilib.
Təlimin keçirilməsi əməkdaşların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, mümkün risklərin azaldılması və təhlükəsiz iş mühitinin yaradılması məqsədini daşıyır.
Göstərilən platformalarda paylaş: