/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ-də “Endress+Hauser” MMC-nin nümayəndəsi ilə görüş keçirilib

08.06.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) “Endress+Hauser” MMC-nin nümayəndəsi ilə görüş keçirilib. Görüş Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşəbbüsü ilə təşkil olunub.

Görüş zamanı ölkəmizdə sertifikatlaşdırma, uyğunluğun qiymətləndirilməsi və ölçmə vasitələrinin tipinin təsdiqi sahələrində görülən işlər, eləcə də bu istiqamətlər üzrə tətbiq olunan prosedurlar barədə ətraflı məlumat təqdim olunub.

Bundan əlavə, göstərilən xidmətlərin tətbiqi mexanizmləri, mövcud normativ tələblər və prosedurlar barədə geniş fikir mübadiləsi aparılıb, şirkət nümayəndəsini maraqlandıran suallar cavablandırılıb.