AzMİ-də kəmiyyət vahidlərinin fundamental fiziki sabitlərdən ötürülməsi mövzusunda təlim keçirilib
22.05.2025Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) metrologiya sahəsində çalışan mütəxəssislər və bu istiqamətdə təhsil alan tələbələr üçün növbəti təlim keçirilib. “AzMİ Akademiya” layihəsi çərçivəsində təşkil olunan təlimin budəfəki mövzusu kəmiyyət vahidlərinin fundamental fiziki sabitlərdən ötürülməsi və yüksək dəqiqliyin təmin edilməsi məsələlərinə həsr olunub.
Təlim zamanı spektroradiometriyada sinxrotron şüalanma.dan istifadənin xüsusiyyətləri, nanotexnologiya və nanosənaye sahəsində metroloji təminatın əhəmiyyəti, eləcə də fundamental fiziki sabitlər əsasında vahidlər sisteminin seçilməsi və qurulması, fiziki kəmiyyət vahidlərinin praktiki reallaşdırılması ilə bağlı ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçıları maraqlandıran məqamlar üzrə izahlar verilib.
Göstərilən platformalarda paylaş: