/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ-də səyyar laboratoriyanın qaz analizatorlarının yoxlanılması həyata keçirilib

01.10.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə məxsus səyyar laboratoriyada istifadə olunan qaz analizatorlarının metroloji tələblərə uyğunluğunun təyin və təsdiq edilməsi məqsədilə yoxlanılması həyata keçirilib.

Belə ki, AzMİ-nin Fiziki-kimyəvi ölçmələr laboratoriyasının mütəxəssisi tərəfindən “Thermo Scientific” şirkətinin istehsalı olan qaz analizatorlarının standart nümunələrlə yoxlanılması yerinə yetirilib. Proses zamanı cihazlara SO₂, H₂S, O₂, CO, NO və NO₂ qazları verilib və analizatorların göstəricilərinin verilmiş dəyərlərə uyğun olub-olmaması yoxlanılıb.

Məlumat üçün bildirək ki, sözügedən qaz analizatorlarının standart nümunələr vasitəsilə yoxlanılması onların ölçmə nəticələrinin dəqiqliyinin, eləcə də təhlükəsiz istifadəsinin təmin olunmasına xidmət edir.