/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMi-də “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” mövzusunda təlim keçirilib

14.05.2025

Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) “AzMİ Akademiya” layihəsi çərçivəsində metrologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər və bu sahə üzrə təhsil alan tələbələr üçün təlimlər davam etdilir.

Belə ki, sözügedən layihə çərçivəsində növbəti təlim AZS ISO/IEC 17025:2017 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" mövzusunda keçirilib.

Təlim zamanı metroloji ölçmələrin vəhdəti, ölçmələrdəki qeyri-müəyyənliyin qiymətləndirilməsi, kalibrasiya sertifikatlarına dair tələblər, eləcə də idarəetmə sisteminin tələbləri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, “AzMİ Akademiya” layihəsinin məqsədi metrologiya sahəsində bilik və bacarıqların artırılması, kadr potensialının gücləndirilməsi və bu istiqamətdə davamlı maarifləndirmənin təmin edilməsidir.