AzMİ-də “SOCAR Petroleum” QSC-nin nümayəndələri ilə görüş keçirilib
17.06.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) “SOCAR Petroleum” QSC-nin nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində (YDM) istismar olunan ölçmə vasitələrinin dövri yoxlanılması və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Məlumat üçün bildirək ki, AzMİ ilə “SOCAR Petroleum” QSC arasında mövcud əməkdaşlıq çərçivəsində şirkətə məxsus YDM-lərin dövri metroloji yoxlanılması həyata keçirilir.
Göstərilən platformalarda paylaş: