/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ-də TÜBİTAK UME nümayəndələri ilə növbəti görüş keçirilib

28.02.2025

Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) arasında imzalanmış müqaviləyə əsasən, etalon laboratoriyalarının qurulması və yenilənməsi istiqamətində təkmilləşdirmə  işləri davam etdirilir.

Bu çərçivədə İnstitutda TÜBİTAK UME-nin direktor müavini Ramiz Hamid, eləcə də Vaxt və tezlik laboratoriyasının mütəxəssisi Adem Gedik ilə görüş keçirilib.

Görüşdə AzMİ-nin nəzdində yaradılan yeni laboratoriyaların cari vəziyyəti, burada aparılan təmir-tikinti və quraşdırma işləri müzakirə olunub. Bundan əlavə, TÜBİTAK UME ilə AzMİ arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, yeni layihələrin işlənib hazırlanması, ölçmə və kalibrlənmə imkanlarının artırılması, eləcə də birgə elmi-tədqiqat işlərinin aparılması barədə fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar yeni yaradılan laboratoriyalara baxış keçiriliblər. Burada onlara AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyasında görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, hazırda respublikada vaxtın sinxronizasiyası üçün ölkə xaricindəki mənbələrdən istifadə edilir. “Azərbaycan Milli Vaxtı” yaradıldıqdan sonra sözügedən laboratoriyada ölkənin kənar sistemlərdən asılı olmadan və daha dəqiq vaxt ilə təmin olunması nəzərdə tutulub.