/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ-də Ümumdünya Metrologiya Gününə həsr olunmuş tədbir keçirilib

20.05.2025

Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) 20 May – Ümumdünya Metrologiya Günü və Metrik Konvensiyanın 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə İnstitutun əməkdaşları ilə yanaşı, metrologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər və bu sahə üzrə təhsil alan tələbələr iştirak ediblər.

Tədbirin açılışında çıxış edən AzMİ-nin baş direktoru Xamis Seyranov bu əlamətdar günün tarixi əhəmiyyətindən, eləcə də metrologiyanın cəmiyyət üçün vacib rolundan bəhs edib. Daha sonra iştirakçılara Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM - International Bureau of Weights and Measures) direktoru Dr.Martin J.T. Miltonun Ümumdünya Metrologiya Günü və Metrik Konvensiyanın 150 illik yubileyi ilə bağlı təbrik videosu nümayiş etdirilib.

Həmçinin tədbir çərçivəsində AzMİ əməkdaşları “Metrik Konvensiya və metrologiyada beynəlxalq təşkilatların rolu”, “Azərbaycan Metrologiya İnstitutunun etalon laboratoriyaları”, “Ölçmələrin vəhdəti”, “Keyfiyyəti idarəetmə sisteminin metrologiyada rolu və əhəmiyyəti” və “Vaxt metrologiyasının tarixi” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonda Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı təşəkkürnamələrlə təltif olunub.