/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ-də uyğunluğu qiymətləndirən qurumların nümayəndələri üçün infotur təşkil olunub

19.09.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) uyğunluğu qiymətləndirən qurumların nümayəndələri üçün etalon laboratoriyalarına infotur təşkil olunub.

İnfoturda “Azərgeomaş” Elmi İstehsalat Müəssisəsinin, SOCAR Qaz Emalı Zavodunun, o cümlədən “Aysberq SS”, “Xəzər Dəniz Servis”, “Azərsun Holdinq”, “CBM Engineering” MMC, “MST Engineering”, “Optimum Metrology Services”, “Spektr Group” və “AzeTest” MMC-lərin kalibrləmə laboratoriyalarının əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılara etalon bazasının təkmilləşdirilməsi istiqamətində AzMİ tərəfindən görülən işlər, laboratoriyaların müasirləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr, genişləndirilən beynəlxalq əməkdaşlıqlar, o cümlədən təklif olunan metroloji xidmətlər barədə ətraflı məlumat verilib.

Daha sonra infotura qatılan iştirakçılar AzMİ-nin etalon laboratoriyaları və burada etalonların izlənilməsi və kalibrlənməsi üzrə görülən işlərlə əyani tanış olublar.

Qeyd edək ki, mütəmadi infoturların təşkili AzMİ-də qurulmuş metroloji infrastrukturun uyğunluğu qiymətləndirən qurumlara təqdim olunması, metroloji xidmətlərlə tanışlıq, eləcə də etalonların izlənilməsi və kalibrlənməsi ilə bağlı ehtiyacların müəyyənləşdirilməsi məqsədini daşıyır.