AzMİ-də Xəzər Dəniz Neft Donanmasının nümayəndələri ilə görüş keçirilib
31.07.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının nümayəndələri ilə görüş keçirib.
Görüş zamanı AzMİ-nin ölçmə və kalibrlənmə imkanları, həyata keçirilən layihələr, eləcə də mövcud və planlaşdırılan tədbirlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, İnstitutun nəzdində olan laboratoriyalarda aparılan yoxlanılma və kalibrlənmə işləri peşəkar mütəxəssislər tərəfindən beynəlxalq standartlara cavab verən cihazlar vasitəsilə yerinə yetirilir.
Qeyd edək ki, görüş tərəflər arasında əməkdaşlıq imkanlarının müzakirəsi, gəmiçilik sahəsində istifadə olunan ölçmə vasitələrinin dəqiqliyinin təmin olunması, o cümlədən bu sahədə metroloji tələblərin tətbiqinin genişləndirilməsi məqsədini daşıyır.
Göstərilən platformalarda paylaş: