/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşının elmi-tədqiqat işi CPEM 2026 beynəlxalq konfransında təqdim olunacaq

03.06.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasının müdiri Şamxal Abbasovun əsas müəllifi olduğu elmi-tədqiqat işi 35-ci Dəqiq Elektromaqnit Ölçmələri üzrə Konfransda (Conference on Precision Electromagnetic Measurements - CPEM) təqdim olunacaq.

“Qlobal Naviqasiya Peyk Sistemi Ümumi baxış (GNSS Common-view) və Şəbəkə Vaxtı Protokolu (NTP) metodları vasitəsilə UTC(AZ)-nin ikiqat səviyyədə doğrulanması” (Dual-Layer Validation of UTC(AZ) Using GNSS Common-view and NTP Pairwise Analysis) tədqiqat işində Azərbaycanın Milli Etalon Vaxtı UTC(AZ)-nin dəqiqliyi və sabitliyi qiymətləndirilib.

Tədqiqatın nəticələrinə əsasən “GNSS Common-view” metodu ilə UTC(AZ)-nin beynəlxalq zaman şkalaları ilə müqayisədə nanosaniyə səviyyəsində dəqiqliyi müəyyən edilib. Həmin qurumların NTP serverlərindən əldə olunan məlumatlar təhlil edilərək UTC(AZ)-nin şəbəkə üzərindən vaxt yayımı xidmətinin keyfiyyəti və dəqiqliyi müqayisə edilib.

Bundan əlavə, Şamxal Abbasovun həmmüəllifi olduğu “Qlobal Naviqasiya Peyk Sistemi Ümumi baxış metodu ilə zaman ötürmə əlaqələrinin sabitliyinə yüksəklik maskasının seçilməsinin təsiri” (Effect of Elevation Mask Selection on the Stability of Common-View GNSS Time Transfer Links) adlı digər elmi-tədqiqat işi də CPEM 2026 konfransı tərəfindən qəbul edilib. Həmin tədqiqat konfrans çərçivəsində Körfəz Ölkələri Metrologiya Assosiasiyasına (GULFMET) üzv ölkələrin mütəxəssisləri tərəfindən təqdim olunacaq.

Qeyd: Sözügedən elmi-tədqiqat işinin araşdırmaları zamanı Almaniya Fiziki-Texniki Federal İnstitutu (PTB), Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME), Səudiyyə Ərəbistanı Krallığının Standartlaşdırma, Metrologiya və Keyfiyyət Qurumunun Milli Ölçmə və Kalibrlənmə Mərkəzi (SASO-NMCC) və Özbəkistan Milli Metrologiya İnstitutunun (UzNIM) zaman laboratoriyalarına aid Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) Əsas tutuşdurmaların məlumat bazasında (KCDB) yerləşdirilən göstəricilərdən istifadə olunub.

AzMİ əməkdaşının elmi-tədqiqat işi CPEM 2026 beynəlxalq konfransında təqdim olunacaq
AzMİ əməkdaşının elmi-tədqiqat işi CPEM 2026 beynəlxalq konfransında təqdim olunacaq