/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşları beynəlxalq müsabiqədə iştirak ediblər

04.12.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Vaxt və tezlik laboratoriyasının əməkdaşları Şamxal Abbasov və Nəzrin Əliyeva Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlıq Təşkilatı tərəfindən təşkil olunan (COOMET) “Ən yaxşı gənc metroloq” adlı XI Beynəlxalq Müsabiqədə iştirak ediblər.

Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən müsabiqənin məqsədi COOMET çərçivəsində vaxt, tezlik və mikrodalğa ölçmələri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, mövcud layihələr barədə məlumat mübadiləsi və digər üzv ölkələrin nümayəndələri ilə potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsindən ibarətdir.

Tədbir çərçivəsində AzMİ əməkdaşları “Ümumi baxış (Common view) və NTP (Network Time Protocol – Şəbəkə Vaxtı Protokolu) metodlarından istifadə edərək Milli Vaxt Şkalalarının çoxregionlu tutuşdurulması”, o cümlədən “Ossilyator stabilliyin isinmə vaxtından asılılığının analizi” mövzularında təqdimatlarla çıxış ediblər.

Həmçinin müsabiqə zamanı nümayiş olunan elmi-tədqiqat işləri COOMET tərəfindən "Tezislər toplusu" şəklində çap edilib.

Qeyd: Azərbaycan Metrologiya İnstitutu 2007-ci ildən COOMET-də ölkəmizi həqiqi üzv qismində təmsil edir. Sözügedən təşkilatla əməkdaşlıq fiziki kəmiyyət vahidləri etalonları, qanunverici metrologiya, kalibrlənmə və ölçmə imkanlarının beynəlxalq tanınması üçün tutuşdurmalarda iştirak, keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi, texniki komitələrdə fəaliyyət və mütəxəssis hazırlığı istiqamətlərini əhatə edir.