/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər

09.01.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Vaxt və tezlik ölçmələri laboratoriyasının əməkdaşları onlayn formatda təşkil olunmuş “Dəqiq ölçmələrdə kvant texnologiyası” mövzusunda beynəlxalq təlimdə iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun Metrologiya Şurasına (SMIIC MC) üzv ölkələrdə fəaliyyət göstərən gənc alim və tədqiqatçıları bir araya gətirməklə kvant texnologiyalarının dəqiq ölçmələrdə tətbiqinin müzakirəsi, elmi bilik mübadiləsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsindən ibarətdir.

Təlim zamanı müasir optik saatların iş prinsipləri, milli vaxt şkalasının yaradılması, kvant ossilyatorlarında səs-küyün təhlili, zaman analiz üsulları (Allan variasiyası və Monte Karlo metodu), skanedici tunel mikroskopiyasının normaları, eləcə də qrafendə Kvant Holl effektinin metrologiyada tətbiqi mövzularında elmi müzakirələr aparılıb.

Qeyd edək ki, sözügedən təlim Səudiyyə Ərəbistanı Krallığının Standartlaşdırma, Metrologiya və Keyfiyyət Qurumunun Milli Ölçmə və Kalibrlənmə Mərkəzi (SASO-NMCC) tərəfindən SMIIC MC-yə üzv ölkələrin əməkdaşları üçün təşkil olunub.

AzMİ əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər
AzMİ əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər