/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşları COOMET-in Daşkənddə keçirilən iclasında iştirak ediblər

21.10.2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşları Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Regional Əməkdaşlığı Təşkilatının (COOMET) “İonlaşdırıcı şüalar və radioaktivlik” üzrə Texniki Komitəsinin 21-ci iclasında iştirak ediblər.

Tədbirə ölkəmizlə yanaşı Belarus, Çin, Kuba, Qazaxıstan, Moldova, Rusiya, Slovakiya, Tacikistan və Özbəkistandan olan mütəxəssislər qatılıblar.

Hibrid formada baş tutan iclasda iştirakçılar müvafiq sahə üzrə təqdimatlarla çıxış ediblər. Təqdimat zamanı AzMİ-nin Radioaktivlik üzrə sınaq laboratoriyası, eləcə də buradakı alfa, beta və qamma spektrometrləri, alfa mühafizəsi, qamma və rentgen şüalanma cihazları, o cümlədən ionlaşdırıcı şüalanma sahəsi üzrə 3 sətir ölçmə və kalibrlənmə imkanı (CMC) haqqında məlumat verilib.

İclas zamanı sözügedən sahələrdə dövlət etalonlarının tutuşdurulması və kalibrlənməsi məsələləri də müzakirə edilib.

Səfər çərçivəsində AzMİ əməkdaşlarının Özbəkistan Metrologiya İnstitutunda (UzNIM) yerləşən laboratoriyalar və onların iş prosesi ilə tanışlıq məqsədilə görüşləri təşkil olunub.