/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşları COOMET-in iclasında iştirak ediblər

27.08.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşları Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) “Uzunluq və bucaq” üzrə Texniki Komitəsinin 22-ci iclasında iştirak ediblər.

Hibrid formatda keçirilən iclasda ölkəmizlə yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Slovakiya, Tacikistan, Türkiyə və Özbəkistan milli metrologiya qurumlarının nümayəndələri iştirak ediblər.

İclas zamanı uzunluq və bucağın ölçülməsi sahəsində beynəlxalq təcrübə mübadiləsi, milli etalon bazasının inkişafı, beynəlxalq tutuşdurmaların təşkili və COOMET-ə üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Bundan əlavə, ölçmə vasitələrinin uyğunlaşdırılması və ölçmə nəticələrinin beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi üzrə bir sıra praktiki təkliflər irəli sürülüb.

Həmçinin AzMİ-də yaradılacaq dalğa uzunluğu və xətti-bucaq ölçmələri üzrə yeni laboratoriyalarda uzunluq və bucaq kəmiyyətlərinin dəqiq ötürülməsi, tezliklə ölkəmizdə bu sahələr üzrə metroloji izlənilmənin təmin olunacağı diqqətə çatdırılıb.

Qeyd: Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (COOMET) 1991-ci ildə yaradılmış regional metroloji qurumdur. Təşkilatın məqsədi ölçmələrin vahidliyi və tələb olunan dəqiqliyini təmin etmək, milli iqtisadiyyatın inkişafına dəstək vermək, beynəlxalq ticarətdə texniki maneələri aradan qaldırmaq, eləcə də Avrasiya ölkələri və digər regionların metroloji xidmətləri üzrə əməkdaşlığın inkişafına şərait yaratmaqdır. Azərbaycan Metrologiya İnstitutu 2007-ci ildən COOMET-də ölkəmizi həqiqi üzv qismində təmsil edir. Sözügedən təşkilatla əməkdaşlıq əsasən, fiziki kəmiyyət vahidləri etalonları, qanunverici metrologiya, kalibrlənmə və ölçmə imkanlarının (CMC) beynəlxalq tanınması üçün tutuşdurmalarda iştirak, keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi, texniki komitələrdə fəaliyyət və mütəxəssis hazırlığı istiqamətlərini əhatə edir.

AzMİ əməkdaşları COOMET-in iclasında iştirak ediblər
AzMİ əməkdaşları COOMET-in iclasında iştirak ediblər