/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşları TÜBİTAK UME-də növbəti nəzəri-praktiki təlimdə iştirak ediblər

15.05.2025

Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) arasında imzalanmış müqavilə əsasında nəzəri-praktiki təlimlər davam etdirilir.

Bu çərçivədə növbəti təlim AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyasının əməkdaşları üçün təşkil olunub. Təlim çərçivəsində atom saatlarının köməyi ilə saniyənin əldə edilməsi, onun dəqiq və stabil olmasını təmin edən avadanlıqların fəaliyyəti, eləcə də milli etalon vaxtın yaradılması və ötürülməsi mexanizmləri barəsində müzakirələr aparılıb.

Daha sonra tezlik standartları və generatorları, tezlik ölçən cihazlar və impuls generatorlarının iş prinsipləri, sözügedən cihazların kalibrlənmə metodları, ölçmə qeyri-müəyyənliyinin səbəbləri və onların minimuma endirilməsi yolları haqqında ətraflı məlumat verilib. Həmçinin təlim zamanı genişləndirilmiş ölçmə qeyri-müəyyənliyinin hesablanması və “Stable32” proqram təminatı vasitəsilə ossilyatorların stabilliyinin təhlili və qiymətləndirilməsi üzrə praktiki məşğələlər həyata keçirilib.

Bundan əlavə, təlimdə iştirakçılar kalibrlənmənin rəqəmsallaşdırılması, o cümlədən avtomatlaşdırılmış məlumat toplama sistemləri və elektron sertifikatların hazırlanma prosesləri ilə də əyani tanış olublar.

Qeyd edək ki, bu təlimlər əməkdaşların beynəlxalq standartlara uyğum biliklər əldə etməsinə, eləcə də qabaqcıl cihazlardan istifadə və ölkəmizdə tətbiqinə mühüm töhfə verəcəkdir.