AzMİ əməkdaşları TÜBİTAK UME-də növbəti təlimdə iştirak ediblər
12.03.2025Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunda (TÜBİTAK UME) Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) yeni yaradılan Paylanma parametrləri və radiotezlik gücünün ölçmələri laboratoriyasının əməkdaşları üçün növbəti təlim keçirilib.
Təlim çərçivəsində 100 kHz - 50 GHz diapazonunda olan radiotezlik gücünün, kalibrlənmə faktorlarının və paylanma parametrlərinin ölçülməsi ilə bağlı nəzəri və praktiki işlər nümayiş etdirilib.
Həmçinin vattmetr, siqnal generatoru, spektr analizatoru, güc sensoru, güc bölücülər kimi cihazların ölçülməsi yerinə yetirilib.
Məlumat üçün bildirək ki, AzMİ-nin Paylanma parametləri və radiotezlik gücünün ölçülməsi laboratoriyasında aviasiya, hərb, telekommunikasiya və digər bu kimi sahələrdə istifadə olunan cihazların yoxlanılması və kalibrlənməsi işləri həyata keçirilir.
Göstərilən platformalarda paylaş: