/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşları TÜBİTAK UME-də təzyiq ölçmələri üzrə təlimdə iştirak ediblər

25.11.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Təzyiq və sərf ölçmələri laboratoriyasının əməkdaşları Ramin Əliyev və Mustafa Dadaşov Türkiyə Elmi və Texnoloji Tədqiqat Qurumunun Milli Metrologiya İnstitutunda (TÜBİTAK UME) təzyiq ölçmələri üzrə təlimdə iştirak ediblər.

Təlim çərçivəsində təzyiq ölçmələrinin əsas prinsipləri və ölçmə vasitələrinin təsnifatı, analoq və rəqəmsal manometrlərin, barometrlərin, habelə 4–20 mA çıxış siqnalına malik təzyiq çeviricilərinin iş prinsipi, metroloji xüsusiyyətləri və kalibrlənməsi öyrənilib.

Bununla yanaşı, piston-silindr sistemlərinin (porşenli manometrlərin) quruluşu, iş prinsipi və kalibrlənməsi, effektiv sahənin təyini, təzyiq və temperaturdan yaranan deformasiya əmsallarının hesablanması, ölçülü yüklə işləyən qurğu vasitəsilə təzyiq ölçən cihazlarının kalibrlənməsi, eləcə də izafi (manometrik), mütləq və vakuum (mənfi) təzyiq rejimləri barədə nəzəri və praktiki biliklər əldə olunub.

Həmçinin təlim zamanı Avropa Milli Metrologiya İnstitutları Assosiasiyasının (EURAMET) “Təzyiq tərəzilərinin (porşenli manometrlərin) kalibrlənməsinə dair təlimat” (Guideline on the Calibration of Pressure Balances) və “Elektromexaniki və mexaniki manometrlərin kalibrlənməsinə dair təlimat” sənədlərinin müddəaları əsasında təzyiq ölçmə vasitələrinin kalibrlənməsi, ölçmə qeyri-müəyyənliyinin hesablanması və qeyri-müəyyənlik büdcəsinin hazırlanması, eləcə də etalon avadanlıqların və laboratoriya imkanlarının qiymətləndirilməsi kimi işlərin təşkilinə nəzər salınıb.

AzMİ əməkdaşları TÜBİTAK UME-də təzyiq ölçmələri üzrə təlimdə iştirak ediblər
AzMİ əməkdaşları TÜBİTAK UME-də təzyiq ölçmələri üzrə təlimdə iştirak ediblər